Dünya 09:49 26.02.2021

İrəvanda Paşinyanın iki yüz əleyhdarı parlamentin önündə gecələdi

İrəvanın Baqramyan prospektində Ermənistan baş naziri Nikol Paşinyanın əleyhdarları çadır şəhərciyi qurub. 

Qaynarinfo RİA Novosti-yə istinadla xəbər verir ki, təxminən iki yüz nəfər etirazçı gecəni çadır düşərgəsində qalıb.

Agentliyin verdiyi məlumata görə, etirazçılar parlament binasının yaxınlığında beş böyük və bir neçə kiçik çadır qurub. İsinmək üçün tonqallar qalanıb. Polislər də tonqalların ətrafında isiniblər. Çadır düşərgəsi yaxınlığında Bağramyan prospektinə giriş bağlıdır, vəziyyət sakitdir. Şəhərin digər bölgələrində müxalifət və ya Paşinyan tərəfdarları tərəfindən heç bir hərəkət yoxdur.

Daha əvvəl bildirilmişdi ki, axşam iclasında Ermənistan parlamenti Paşinyana impiçment məsələsini həll etməkdən imtina edib və bununla da müxalifətin tələblərini rədd etmiş olub. Nəticədə müxalifət müddətsiz etirazla tələblərini davam etdirməyə qərar verib və parlamentin yaxınlığında çadırlar qurulub.

Alpər