Xəbər lenti

İrəvanda video-çəkiliş aparan azərbaycanlılar: İşləyə bilmirsiniz! (VİDEO)
Video 17:51 21.05.2020

İrəvanda video-çəkiliş aparan azərbaycanlılar: İşləyə bilmirsiniz! (VİDEO)

Sosial şəbəkələrdə iki azərbaycanlının Ermənistanın paytaxtı İrəvan şəhərindən yeni çəkdiyi video-görüntü yayılıb.

Qaynarinfo APA-ya istinadla xəbər verir ki, kimliyi məlum olmayan həmin şəxslər paytaxtın mərkəzində video-çəkiliş aparıblar. Çəkilişdə iki nəfərin Azərbaycan və rus dillərində danışıqları aydın eşidilir.

Çəkilişi aparan şəxslərdən biri rus dilində bunları söyləyir: "Biz yenə də qədim şəhərimiz olan İrəvandayıq. Pandemiya səbəbindən heç yerə çıxa bilmirik.

Həmvətənlərimizi 28 May – Respublika günü münasibətilə təbrik edirik. Söz verirəm ki, növbəti video Şuşada çəkiləcək. Ermənistan xüsusi xidmət orqanlarından olan cənablara isə demək istəyirəm ki, siz heç işləyə bilmirsiniz”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->