İrina Şayk və Bredli Kuper ayrıldı

İrina Şayk və Bredli Kuper ayrıldı

Amerikalı aktyor Bredli Kuper və model İrina Şayk 4 illik münasibətlərini sonlandırmaq qərarı alıb.

Qaynarinfo People.com saytına istinadən xəbər verir ki, 2015-ci ildə münasibətə başlayan cütlük hazırda qızları Li De Seyn Şayx Kuperin kimdə qalacağını müzakirə edirlər. 

Qeyd edək ki, Bredli Kuper ötən il müğənni Leydi Qaqa ilə birlikdə "A Star is born" filmində iştirak etmiş və tərəflərin dueti, romantik kardlar şayiələrə səbəb olmuşdu. Leydi Qaqanın bu ilin fevralında nişanlısı Kristian Karino ilə münasibətlərinə son qoyması iddiaları daha da gücləndirmişdi.

Gülşən

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR