Video 23:57 22.04.2019

Çirkab suları dənizə axıdılır (VİDEO)

Bakının Pirşağı qəsəbəsindəçirkab suları dənizə axıdılır. Sakinlər özü ilə bərəabər üfunətli qoxunu və xəstəlikləri də dənizə daşıyan bu suyun illərlədir ki, dənizə axıdıldığını iddia edir.

Çirkab suları dənizə axıdılır. Görüntülər paytaxtın pirşağı qəsəbəsi qızılqum çimərliyindəndir.

Yay vaxtı ən çox üz tutulan yerlərdən biri olan Qızılqum çimərliyi indi çirkab sularının toplandığı məkana çevrilib.

Yaxınlıqda yaşayan sakinlər deyir ki,çirkab sularının iyindən çimərlik ərazisindən istifadə edə bilmirlər.

Sakinlər deyir ki,dənizə axıdılan kanalizasiya suları özü ilə birlikdə xəstəlikləri də gətirir.

Məsələylə bağlı Azərsu açıq səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı xəzərxəbərə bildirdi ki,sözügedən ərazi ilə bağlı xususi layihə var.Layihəyə əsasən Corat və Novxanı çimərliyində olduğu kimi burada da çirkab suları təmizlənərəkdənizə axıdılacaq.

Anar Cəbrayıllının sözlərinə görə,yeni yaradılan sistem ən son tələblərə cavab verəcək.Bununla da dənizəkanalizasiya və çirkab sularının axıdılması problemi birdəfəlik həll ediləcək. (Xəzər TV)