Xəbər lenti

Şirkət işçilərinə şərt qoydu: Sentyabradək evlənməyənlər işdən çıxarılacaq
Dünya 20:25 24.02.2025

Şirkət işçilərinə şərt qoydu: Sentyabradək evlənməyənlər işdən çıxarılacaq

Çində bir şirkət subay işçilərini payıza qədər evlənməyəcəkləri təqdirdə onları işdən çıxarmaqla hədələyir.

Qaynarinfo bu barədə "South China Morning Post" məlumat yayıb.

Çinin şərqindəki Şandun əyalətindəki Shuntian Kimya Qrupu işçiləri üçün qeyri-adi siyasət elan etdikdən sonra mübahisələrin mərkəzində olub. Şirkət tərəfindən verilən bildirişdə deyilir ki, yaşı 28-dən 58-ə qədər olan subay və boşanmış işçilər 2025-ci ilin sentyabr ayının sonuna qədər evlənməlidirlər. Əks halda, onları işdən çıxarmaq gözləyir.

Yeni qaydalara görə, martın sonuna kimi tərəfdaş tapmayanlar özünü tənqid məktubu yazmalı olacaq. Əgər işçilər iyunun sonuna qədər subay qalsalar, şirkət onların qiymətləndirməsini aparacaq. Sentyabr ayına qədər onlar hələ də evlənməyiblərsə, müqavilələrinə xitam veriləcək.

Açıqlamada şirkət bu siyasətin ənənəvi Çin dəyərlərinin dəstəklənməsinə yönəldiyini vurğulayıb. Lakin bu təşəbbüs həm ictimaiyyətin, həm də rəsmilərin kəskin tənqidinə səbəb olub. Bildirilir ki, şirkət əmək qanunlarını və işçilərin hüquqlarını pozduğuna görə töhmət alıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->