İş adamı Taha Tatlıcı keçmiş sevgilisi model Günay Musayeva ilə bağlı haqqında çıxan xəbərlərə üsyan edib.
Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, Tatlıcının Günayı döyməsi iddiaları biznesmeni əsəbiləşdirib.
Mediaya bunla bağlı açıqlama verən Tatlıcı "Ötən həftə haqqımda Günay Musayeva ilə bağlı həqiqəti əks etdirməyən xəbərlər yazıldı. Şiddət və döymə xəbərləri doğru deyil. Nüfuzuma xələl gətirməyə çalışırlar. Bu xəbərlərə etibar etməyin" deyə, o bildirib.
Qeyd edək ki, Tahanın Günayı və oğlunu döydüyü bildirilib. Günay bu iddia ilə polisə şikayət edib.
Şərhlər