Siyasət 17:51 31.07.2013

İsa Qəmbər Gürcüstanda diplomatlarla görüşdü

Tiflisə, Milli Şuranın Gürcüstana təyin edilən toplantısına qatılan Müsavat başqanı  İsa Qəmbər bu gün axşam Bakıya dönəcək.

30 iyulda Milli Şuranın bir qrup təmsilçisinin və sədrinin iştirak etdiyi müzakirəyə qatılan başqan, 31 iyulda Milli Şuranın prezidentliyə namizədi Rüstəm İbrahimbəyovla da bir araya gəlib. Müsavat başqanı bu görüşü faydalı görüş kimi qiymətləndirib.

Artıq, Milli Şuranın Bakıdan gedən üzvləri və Moskvadan gələn sədri Tiflisi tərk ediblər. Müsavat başqanını Bakıya gətirəsi təyyarə isə axşam saatlarında hərəkət edəcək. Başqanı bu səfərdə qeyri - rəsmi olaraq müşayiət edən şəxslərin musavat.com dediyinə görə, İsa Qəmbər bu gün Tiflisdə fəaliyyət göstərən bir sıra Avropalı diplomatlar ilə də görüşüb. Təfsilat barədə bilgi verilməyib.

Qaynar.info