Elmi fantastika ilə reallıq arasındakı məsafə getdikcə daralır. Alimlər hesab edirlər ki, yazıçı-fantast İsaak Azimovun təxminən 80 il əvvəl qələmə aldığı ideya artıq həqiqətə çevrilmək üzrədir.
Qaynarinfo "ECONews"a istinadən xəbər verir ki, Asimovun "Səbəb" adlı hekayəsində kosmik stansiyanın Günəş enerjisini toplayaraq onu mikrodalğalar vasitəsilə Yerə ötürməsi təsvir edilirdi. Bu, illər sonra kosmik günəş energetikası konsepsiyasına yol açıb: Yəni kosmosda toplanan günəş işığının daha sonra Yerə enerji şəklində ötürülməsi.
Mütəxəssislər bildirirlər ki, bu gün Yerə yalnız kosmik toz deyil, həm də süni obyektlərin qalıqları, yanmış peyklər, meteoritlər və müxtəlif metal parçaları düşür. Onların təsiri həm ətraf mühit, həm də insanların təhlükəsizliyi üçün risk yaradır. Xüsusilə metallar və ərintilər atmosferin kimyəvi balansına, o cümlədən ozon qatına mənfi təsir göstərə bilər.
Həmçinin alimlər xəbərdarlıq edirlər ki, Yerə düşən iri qalıqlar əmlaka ziyan vura və insan həyatı üçün təhlükə yarada bilər.
Asimovun əsərlərindəki qəhrəmanlar - Pauell və Donovan - kosmik stansiyada işləyərək günəş işığını toplayır və mikrodalğalarla zavodlara ötürürdülər. Bu ideya fantastikadan doğsa da, bu gün real texnoloji layihələrə bənzər görünür.
Mütəxəssislər vurğulayır ki, 1941-ci ildə Azimovun yazdıqları artıq qismən gerçəkləşib: Kosmosda toplanan enerjinin Yerə ötürülməsi üzrə sınaqlar aparılır, eyni zamanda isə Yer kürəsinə düşən kosmik tullantılar getdikcə daha ciddi problemə çevrilir.
Nəticə olaraq, alimlər hesab edirlər ki, yaxın gələcəkdə elmi fantastika ilə real həyat arasındakı sərhəd daha da zəifləyəcək.
Aydın
Şərhlər