Xəbər lenti

İşçilərin əmək hüquqlarını pozan şirkət və rəhbəri cərimə olundu
Ölkə 19:43 07.07.2026

İşçilərin əmək hüquqlarını pozan şirkət və rəhbəri cərimə olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Friend” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) cərimələyib.

Qaynarinfo-nun məlumatına görə, nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi (Dövlət Əmək Müfəttişliyi tərəfindən verilən qanuni əmrlərin və ya tələblərin yerinə yetirilməməsi, yaxud müfəttişin fəaliyyətinə maneə törədilməsi) ilə inzibati xəta haqqında protokol tərtib olunub və işə məhkəmədə baxılıb.

Məlum olub ki, şirkət rəhbərliyi tərəfindən işçilərin əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və Dövlət Əmək Müfəttişliyinə müraciət daxil olub.

Məhkəmənin qərarı ilə "Friend” Məhdud Məsuliyyətli Cəmiyyəti 2 000 manat, şirkətin qanuni təmsilçisi Əliyev Natiq İbadulla oğlu isə 1 000 manat məbləğində cərimə edilib.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->