Xəbər lenti

İşdən çıxarılan Əli Həsənov bu vəzifələri icra edəcək
Siyasət 14:48 22.10.2019

İşdən çıxarılan Əli Həsənov bu vəzifələri icra edəcək

Xəbər verdiyimiz kimi dünən Prezident İlham Əliyevin sərəncamı ilə Əli Həsənov Azərbaycan Respublikası Baş Nazirinin müavini  vəzifəsindən azad edilib.

Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, Ə.Həsənov işdən çıxarılmasına baxmayaraq bir neçə vəzifəni hələ də icra etməkdə davam edir. O, hazırda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir. Eyni zamanda Əli Həsənov Yeni Azərbaycan Partiyasının Sədr müavinidir.

Qeyd edək ki, Prezident İlham Əliyev dünənki qəbulda bildirib ki, Ə.Həsəniov bundan sonra da Yeni Azərbaycan Partiyasında fəaliyyət göstərəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->