Xəbər lenti

İşdən çıxarılan məmur yeni vəzifəyə təyin edildi
Ölkə 14:15 21.06.2018

İşdən çıxarılan məmur yeni vəzifəyə təyin edildi

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin keçmiş rəisi Camal Quliyevə vəzifə verilib.

Qaynarinfo oxu.az-a istinadla xəbər verir ki, keçmiş rəis Qida Təhlükəsizliyi Agentliyində şöbə müdiri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, ötən gün Kənd Təsərrüfat naziri İnam Kərimovun əmrinə əsasən, Camal Quliyev vəzifəsindən azad edilib. Mediada onun pambıq tarlalarındakı zəhərlənmələrlə bağlı işdən çıxarıldığı bildirilsə də, C.Quliyev bu iddiaları təkzib etmiş, başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi əsasında işdən çıxdığını və yeni işinin ən qısa müddətdə elan ediləcəyini bildirmişdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->