İslam Təhsil, Elm və Mədəniyyət təşkilatı (ISESCO) Myanma prezidentinin sahib olduğu Nobel Sülh Mükafatının geri alınmasını tələb eləyib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ISESCO bu barədə açıqlama verib və Myanma prezidenti Aunq San Suu Kyi-nin sahib olduğu Nobel Sülh Mükafatının ölkədə baş verən proseslərə göstərdiyi münasibətə görə geri alınmasını tələb edib. Açıqlamada bildirilir ki, Kyi ölkədəki insanlara qarşı törədilən vəhşiliklərə göz yumur. ISESCO həmçinin dünya ictimaiyyətini Myanmada baş verən proseslərə göz yummamağa və müdaxilə etməyə çağırıb.
Qeyd edək ki, Myanma ordusu silahlı militanlarla mübarizə məqsədilə təşkil etdiyi hərbi əməliyyatlarda müsəlmanların yaşadığı Arakan bölgəsində çox sayda mülki əhali dünyasını dəyişib və minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Gülşən
Qaynarinfo.Az
Şərhlər