"Milli Şura məsələsində Rusiya ilə bağlı narahatçılığım var"
"Milli Şura xalqın inamını qazanmalıdır. Mən bunu çox arzu edirəm ki, Milli Şura Azərbaycan xalqının inamını və etimadını qazansın. Yəqin ki, Milli Şurada təmsil olunan partiyalar arasında mövcud olan bəzi narazılıqlar bundan sonra kənara qoyulacaq".
Bunu Qaynar.info-ya açıqlamasında sabiq daxili işlər naziri İsgəndər Həmidov deyib. O bildirib ki, bu məsələdə Şimal narahatlığı var: "İçimdə Şimala görə narahatçılıq var. Milli Şuranın təsis konfransında da qeyd olundu ki, Avroatlantik inteqrasiya məsələsi referenduma çıxarılsın. Ancaq orada Rusiya sözü yazılmayıb. Məni narahat edən məsələ də budur. Tutaq ki, sabah referendum keçirilir və biz Avroatlantik məkana inteqrasiya etmirik. O zaman belə çıxır ki, biz Rusiyaya inteqrasiya etməliyik. Mən də bu məsələyə öz narahatçılığımı bildirdim. Mən millətçiyəm, mənim üçün öz millətimin ən pisi belə Vladimir Putindən, Barak Obamadan, Fransua Ollandan qat-qat üstündür. Mən bu məsələlərə millətçilik nöqteyi-nəzərdən yanaşıram. Çünki indiki Azərbaycanın müstəqilliyi uğurunda milyonlarla insan, o cümlədən mən çox əziyyətlər çəkmişik. İndi məni şimal qonşumuz çox narahat edir. İçimdə olan narahatçılıq mənim şəxsi narahatçılığımdır. Şəxsən mən Azərbaycanın müstəqilliyini heç nəyə dəyişmərəm. Əgər sabah elə an yaranarsa və Azərbaycanın müstəqilliyinə qarşı təcavüz olarsa, biz hərbi forma geyinərək güllə qabağına getməyə hazırıq. Sadəcə olaraq mən dəstəyi xaricdə deyil, öz millətimizdə görürüəm. Bilirsiz, Rusiya elə dövlətdir ki, rusa barmağını verəndə biləyini, biləyini verəndə isə çiynini aparacaq. Rusun yaxşısı-pisi yoxdur. Rusiyanın, ABŞ-ın öz maraqları var. Mənim üçün isə ən əsas məsələ xalqa və millətə söykənməkdir".
Şərhlər