Dünya 11:57 23.10.2018

İŞİD-in öldürdüyü 851 uşağın qalıqları tapıldı

İraqın Nivona şəhərində İŞİD tərəfindən öldürüldüyü müəyyənləşdirilən dinc sakinlərin sayı tapılan yeni insan qalıqları ilə birlikdə 2675-ə satıb.

Qaynarinfo-nun məlumatına görə, BMT İnsan Haqları Ali Komissiyasının üzvü Fadıl Qaravi bildirib ki, qalıqları tapılan uşaqların sayı 851 nəfərdir.

Onun sözlərinə görə, tapılan 1871 nəfərə məxsus insan qalığının şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. 

Qeyd edək ki, İraq ordusu 3 il İŞİD-in işğalı altında qalan Ninovanı 2017-ci ilin avqustunda azad edib.
 
Gülşən