Dünya 14:38 30.07.2018

İŞİD Suriyada 36 qadın və uşağı qaçırdı

Suriyanın cənubunda yerləşən Əs Süvəyda şəhərində İŞİD terror təşkilatı tərəfindən edilən hücumlarda 250-dən çox insan dünyasını dəyişib, çox sayda insan isə qaçırılıb.

Qaynarinfo xəbər verir ki, Suriya İnsan Haqqları Müşahidə Mərkəzi hücumlar zamanı 20 qadın və 16 uşağın qaçırıldığını açıqlayıb. 

Qeyd edək ki, Suriya və İraqda əlində olan ərazilərin demək olar ki, hamısını itirən İŞİD Bəşər Əsəd və müxalif qruplar arasında son günlərdə şiddətlənən qarşıdurmalardan istifadə edərək ard-arda bir neçə hücum təşkil edib. 

Gülşən