Dünya 23:26 25.11.2013

İslam dini qadağan edildi - Məscidləri xaraba qoydular

Afrika qitəsinin Angola ölkəsində islam dini qadağan edilib. 

“Qafqazinfo” xarici mətbuta istinadən  xəbər verir ki,  Angolada məscidlər sökülür və islam dini müsəlmanlara qadağan edilib. Rəhbərliy bu barədə açıqlamasında islamı qanun olaraq qəbul etmədiyini və islamla bağlı olan hər şeyi ölkədə qadağan edəcəyini bildirib.

Oktyabr ayının əvvəllərində Luanda şəhərində yaşayan müsəlmanlar, məscidlərin minarələrinin icazəsiz şəkildə söküldüyünü görüb böyük şok yaşayıblar.

Bundan sonra, Anqola Mədəniyyət naziri Roza Kruz Silviya islam dininə Ədalət və İnsan Haqları Nazirliyi tərəfindən qadağa qoyulduğunu, məscidlərin bundan sonra da söküləcəyini açıqlayıb.  

Qaynar.info