Vurğun Əyyub komada deyil... - Sağlıq durumundan yeni xəbər (YENİLƏNİB)

Vurğun Əyyub komada deyil... - Sağlıq durumundan yeni xəbər (YENİLƏNİB)

Ismayıl Əyyub Qaynarinfo-ya Vurğun Əyyubun sağlıq durumu haqda məlumat verib:

"Təfərrüata gərək görmürəm. Ancaq onu deyə bilərəm ki, Vurğun bəy komada deyil. Durumu stabil ağırdır, şüuru qapalı deyil. Sadəcə yatır, ara-sıra oyanır, yenidən yatır. Artıq ağrıları hiss etmir. Ya da bizə elə gəlir”.

09.51
 
"Vurğun bəy sağdır. Xəstəliklə mübarizə aparır".

Bu sözləri Qaynarinfo-ya əmisi oğlu İsmayıl Əyyub Vurğun Əyyubun ölümü haqda yayılan tələsik xəbərlərə münasibət bildirərkən deyib.

O vəziyyətin kritik olduğunu bildirib: "Vurğun bəyin durumu ağırdır,  xəstəliklə mübarizə aparır. Hər kəsdən bu ağır gündə təmkin və səbr nümayiş etdirmələrini xahiş efirik. Jurnalist dostlarımızdan ailə ilə danışmadan xəbər yaymamalarını xahiş edirəm. Axı bu xəbəri onun doğmaları, yaxınları da oxuyur...”

Alpər

XƏBƏRLƏR
BLOGLAR