Dünya 11:28 15.09.2021

İsrail: “İki-üç aya İranın nüvə bombası hazır ola bilər”

İran iki-üç ay ərzində nüvə bombası istehsal etmək üçün bütün lazımi materiallara və imkanlara sahib ola bilər.

Qaynarinfo xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri Hans "Foreign Policy” jurnalına verdiyi müsahibədə deyib.

O, İranın nüvə kandarını keçə biləcəyi təqdirdə bölgədə nüvə silahı yarışının başlayacağını qeyd edib.

Hans həmçinin bildirib ki, Amerika qoşunlarının Əfqanıstandan çıxarılması gələcəkdə İran və tərəfdarlarının daha inamlı hərəkət etməsinə imkan verə bilər.
"Tehrana bu vəziyyətdən nəticə çıxarmaq imkanı verə bilmərik ki, əgər sən güclü və qətiyyətli olsan, Qərb təslim olacaq", - qəzet nazirin sözlərindən sitat gətirib.

Alpər