Xəbər lenti

İsrail hədələdi:
Dünya 10:55 14.12.2017

İsrail hədələdi: "Livanı daş dövünə göndərəcəyik"

İsrailin Təhlükəsizlik naziri Yisrael Katz Livanı bombalayacaqlarını və ölkəni daş dövrünə qaytaracaqlarını bildirib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd ibn Salmanı ölkəsinə dəvət edərək gündəmə gələn Katz mətbuata açıqlamasında İranın Livanda raket bazası inşa etdiyini və buna icazə verməyəcəklərini söyləyib: "İranın Livanda inkişaf etmiş raket bazası inşa etməsindən xəbərdarıq və ciddi şəkildə vurğulayıram ki, bu, bizim qırmızı xəttimizdir. Hər nə olursa olsun buna icazə verməyəcəyik. Suriyada olduğu kimi hərbi güc tətbiq edəcəyik. Çox böyük hücum olacaq. Bu dəfə bütün Livanı hədəf alacağıq".

Nazir açıqlamasında İsrailin 2006-cı ildə Hizbullah qüvvələri ilə döyüşdə məğlub olaraq Livandan geri çəkilməsi məsələsinə də toxunub və 11 il öncə baş verənləri pikniklə müqayisə edib: "Sizə söyləyirəm, Livanı daş dövrünə göndərəcəyik".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->