Xəbər verdiyimiz ki, Türkiyənin Ali Seçki Komissiyası ölkədə keçirilən bələdiyyə seçkilərinin İstanbul üzrə nəticələrinin ləğv olunaraq yenilənməsinə qərar verib.
Qaynarinfo xəbər verir ki, İstanbulda təkrar bələdiyyə seçimlərinin iyunun 23-də keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri zamanı İstanbul bələdiyyə sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) namizəd olan Əkrəm İmamoğlu 4,169 milyon, hakim Ədalət və İnkişaf Partiyasından namizədliyi irəli sürülmüş Binəli Yıldırım isə 4,156 milyon səs toplayıb.
Şərhlər