Video 10:22 07.02.2019

İstanbulda 8 mərtəbəli bina çökdü: 3 ölü, 12 yaralı var (VİDEO)

Türkiyənin İstanbul şəhərində 43 nəfərin yaşadığı 8 mərtəbəli bina çöküb.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən İstanbul valisi Əli Yerliqaya 3 nəfərin öldüyünü, 12 nəfərin yaralandığını açıqlayıb. Yaralılardan 3-ünün vəziyyəti ağırdır.

Uçan binanın yanında yerləşən 10 mərtəbəli tikili üçün də təhlükənin mövcud olduğu bildirilib.

Gülşən