Maqazin 16:02 31.12.2021

“İşte benim stilim”in Baharı özünə qız axtarır: "Şam yeməyi, 200 dollar maaş"

Türkiyədə "İşte benim stilim” yarışması ilə məşhurlaşan 23 yaşlı Bahar Candan paylaşımı ilə hər kəsin təəccübünə səbəb olub.

Qaynarinfo xəbər verir ki, fenomen pul qarşılığında özünə qız rəfiqə axtardığını deyib.
 
Onun sözlərinə görə, tənhalıq çox çətindir və o bu addımı buna görəatıb:

"İstinye və Maslakda yaşayan qız axtarıram. Maaş, şam yeməyi və 200 dollar verəcəm. Qoç bürcü mənim prioritetimdir. Həmin qızın bu bürcdən olması şərtdir".
 
Xəyal