Dünən Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 5,6 dərəcə yüksək olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən xəbərə görə, sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-15, gündüz 20-25, bəzi yerlərdə 29 dərəcəyədək isti təşkil edəcək.
Mayın 5-də hava dəyişkən buludlu, yağmursuz keçəcək, mülayim şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-14, gündüz 18-23, bəzi yerlərdə 27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 4-də hava əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 25-30, bəzi yerlərdə 32, dağlarda 8-13, gündüz 18-23, bəzi yerlərdə 25 dərəcə isti təşkil edəcək
Mayın 5-də hava əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 24-29, bəzi yerlərdə 32 dərəcəyədək, dağlarda gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 25 dərəcə isti təşkil edəcək
Qaynar.info
Şərhlər