2014-cü il Dünya Çempionatının play-off mərhələsində dünən gecə maraqlı oyun baş tutub.
Qaynar.info xəbər verir ki, İsveç öz meydanında Portuqaliyanı qəbul edib.
Gərgin keçən görüşdə portuqallar rəqibini 3-2 hesabı ilə məğlub edərək, Braziliyaya vəsiqəni əldə ediblər.
Sözsüz ki, oyunun qəhrəmanı portuqaliyalı ulduz Kristinao Ronaldo olub. Ronaldo komandasının hər 3 qoluna imza ataraq Dünya Çempionatına vəsiqə qazanmaqda böyük pay sahibi olub.
Möhtəşəm oyun sərgiləyən ulduzun atdığı hər qoldan sonra "Ən böyük mənəm" şəklindəki əl hərəkəti diqqət çəkib.
Qaynar.info
Şərhlər