Dünya 21:00 14.07.2019

İsveçdə təyyarə qəzası: 9 nəfər həlak olub

İsveçdə yüngülmühərrikli "GA8 Airvan" təyyarəsi qəzaya uğrayıb.

Qaynarinfo xəbər verir ki, təyyarə Umeo hava limanından yerli vaxtla saat 13.33-də səmaya qalxıb və Stursandsşer adasında yerə düşüb.

Hadisə zamanı təyyarədə 9 nəfər olub və onların hamısı dünyasıı dəyişib.