Xəbər lenti

İtaliya parlamenti fövqəladə rejimi oktyabr ayına qədər uzadır
Dünya 17:48 29.07.2020

İtaliya parlamenti fövqəladə rejimi oktyabr ayına qədər uzadır

Koronavirusla bağlı çətin vəziyyət fonunda İtaliya parlamentinin hər iki palatası ölkədə fövqəladə vəziyyət rejiminin uzadılmasının lehinə fikir bildirib.

Qaynarinfo xəbər verir ki, Baş nazir Cüzeppe Konte fövqəladə vəziyyət rejiminin oktyabrın 15-dək uzadılmasını təklif edib. Bu ərəfədə razılıq Senat tərəfindən, çərşənbə günü isə Deputatlar Palatası tərəfindən verilib.

Kontenin sözlərinə görə, avqustun 1-dən karantini bərpa etmək planları yoxdur, ancaq epidemiyanın qarşısını almağa yönəlmiş hökumət sərəncamları qüvvədə qalacaq.

Baş nazir fövqəladə vəziyyət rejiminin ləğvini tələb edən müxalifətə də cavab verib. O vurğulayıb ki, hakimiyyət "azadlığı və fikir ayrılıqlarını boğmaq və ya əhalini qorxu vəziyyətinə gətirmək" məqsədi güdmür.

Əvvəlcə rejimin oktyabrın 31-nə qədər uzadılması nəzərdə tutulsa da, hökumətlə hakim koalisiya partiyalarının nümayəndələri arasında aparılan danışıqlar zamanı tarix dəyişdirilib.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->