Dünya 20:38 05.08.2020

İtaliya ukraynalı maqnat oğlunun ada almasını araşdırmağa başladı

İtaliyanın Mədəniyyət naziri Dario Françeskini nazirliyin məşhur Ukrayna maqnatının oğlu və siyasətçi Vyaçeslav Boquslayevin Qallinara adasını necə almasını araşdıracağını deyib.

Qaynarinfo xəbər verir ki, onun "Korriere della Sera” qəzetinə söylədiyi kimi, İtaliya hakimiyyəti "bu cür gözəllik adasını hər kəsin üzünə açıq etmək" üçün əlindən gələni edəcək. Ada 1989-cu ildən bəri təbii park statusuna sahibdir və satış prosesində məhdudiyyətlər olmalıdır, - qəzet qeyd edir.

Xatırladaq ki, iyulun 17-də Qallinarın sahibi olan Pelemont və Liguria şəhərlərindən olan bir qrup varlı ailənin nümayəndələri ilə Monte Karlodan olan "Galinette” kompaniyası arasında 10 milyon avrodan çox dəyərində bir saziş bağlanıb. Mediyanın araşdırmasına görə, "Galinette”nin arxasında məlumatları Monakoda yaşayan 42 yaşındakı Aleksandr Boquslayevin məlumatları ilə tamamilə üst-üstə düşən, ancaq Qrenada adası dövlətinin vətəndaşlığına sahib biri durur. "Corriere della Sera” görə, o şəxs illərdir təyyarə qaz turbinli mühərrikləri istehsal edən Zaporojyenin nəhəng "Motor Sich” müssəsisəni idarə edən Vyaçeslav Boquslayevin oğludur.
 
Alpər