İtaliyanın Lombardiya və Veneto regionlarında bütün idman tədbirlərinin təxirə salınıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Baş naziri Cüzeppe Konte məlumat verib.
Buna həmin regionlarda koronavirusun yayılması səbəb olub. Həmin tədbirlər sırasına A Seriyasının "Verona" - "Kalyari", "Atalanta" - "Sassuolo" və "İnter" - "Sampdoriya" matçları da daxildi. Hər 3 qarşılaşma bu gün keçirilməli idi. Oyunların yeni tarixləri hələ açıqlanmayıb.
Eyni zamanda həvəskar və gənclər liqalarında 42 matç, habelə B Seriyasının "Askoli" - "Kromeneze" görüşü də başqa vaxta keçirilib.
Şərhlər