İtaliya 2026-cı ildə Milan və Kortinada keçiriləcək Qış Olimpiya Oyunları müddətində Ukraynadakı müharibə də daxil olmaqla, bütün müharibələrdə atəşkəs elan edilməsinə cəhd etmək niyyətindədir.
Qayanrinfo ANSA-ya istinadən xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tajani deyib.
O, atəşkəsin xüsusilə Ukrayna, Yaxın Şərq və Şimali Afrikadakı müharibələrə şamil ediləcəyini qeyd edib.
"Milan və Kortinada keçiriləcək Olimpiya Oyunları ilə əlaqədar olaraq, biz BMT-yə Ukrayna və Yaxın Şərq də daxil olmaqla bütün müharibələr üçün Olimpiya barışığı təklifini təqdim edirik", deyə o qeyd edib.
Tajani vurğulayıb ki, İtaliya Qəzza ilə bağlı ABŞ-ın planını dəstəkləyir və Roma Papasının dediyi kimi, sülhə ümidini heç vaxt itirməməlidir.
Xatırladaq ki, 2026-cı il Qış Olimpiya Oyunları fevralın 6-dan 22-dək İtaliyanın Milan və Kortina d'Ampezzo şəhərlərində keçiriləcək.
Aydın
Şərhlər