İsrail arxeoloqları yaşı beş min ili ötmüş qədim şəhərin qalıqlarını tapıblar.
Bu barədə Phys.org-da məlumat verilib.
Şəhər Təl-Əvivdən 50 km şimalda yerləşən Hariş yaşayış məskəninin yaxınlığında, avtomagistralın tikintisinə hazırlıq zamanı aşkarlanıb.
65 hektar ərazini əhatə edən şəhərdə 6 min insan yaşayıbmış. Şəhərin küçələri, dalan və meydanları, o cümlədən drenaj sistemi və anbarları qazıntılar nəticəsində üzə çıxıb.
Araşdırmaçılar şəhərdəməbəd və güman ki, həmin məbəddə qurban olaraq kəsilmiş heyvanların sümüklərini aşkarlayıblar. Artefaktlar içində heykəl başlıqları, keramika qalıqları, daş qablar və alətlər də var.
Arxeoloqların fikrincə, tapıntılarsosial ierarxiyanın unikal sübutudur. Əvvəllər hesab olunurdu ki, o dövrlərdə kənd təsərrüfatı ilə məşğul olanlar yenicə şəhər yaşayışına başlayıblar.
O da qeyd olunub ki, qalıqlar altında yaşı yeddi minə çatan daha qədim yaşayış məntəqəsinin izləri tapılıb.
Şərhlər