Video 12:02 15.01.2020

İtkin düşən 14 yaşlı Ayselin qardaşı: "Taksi ilə gedib" (VİDEO)

İtkin düşən Aysel Salahovanın qardaşı Yadigar Salahov açıqlama verib.

Qaynarinfo xəbər verir ki, ARB TV-nin "Elgizlə İzlə” verilişinin canlı yayınına telefon bağlantısı ilə qoşulan Yadigar Salahov bacısının 14 yaşında olduğunu bildirib: 

"Biz Bilgəhdə yaşayırıq. Bacım Aysel yanvarın 12-sindən 13-nə keçən gecə evdən xəlvət çıxıb. 14 yaşı var. Evdən heç kimin xəbəri yoxdur. İcazəsiz çıxıb. Taksi gəlib qapıya. Evdən 3manat pul götürüb. Evdə söz-söhbət olmayıb”.