Dünya 16:51 23.05.2019

İtkin düşən jurnalistin cəsədi tapıldı

Türkiyədə Bayburt-Trabzon yolunun tikintisi zamanı itkin düşən Anadolu Agentliyinin jurnalisti Əbdülqadir Nişançının cəsədi tapılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Trabzon valiliyi məlumat yayıb. Ərazidə foto çəkilişi edən jurnalist 13 gün əvvəl qar hissəsinin qopması nəticəsində uçurumdan yıxılmışdı. 

Qeyd edək ki, axtarış-xilasetmə tədbirlərinə Rize, Gümüşhane, Bayburt, Trabzondan olan komanda cəlb edilmişdi. Jurnalistin axtarışı zamanı 2 axtarış-xilasetmə işçisi həyatını itirib.

Gülşən