Ölkə 10:30 03.09.2018

İxtisas seçimi bu gün başa çatır

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.

Dövlət İmtahan Mərkəzindən Qaynarinfo-ya verilən məlumata görə, ixtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidir.

Boş qalan ixtisasların siyahısı "Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.

Qeyd olunan vaxta qədər elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.