Xəbər lenti

İyirmi gün komada qalan 9 aylıq körpə xilas edildi
Ölkə 13:46 20.10.2022

İyirmi gün komada qalan 9 aylıq körpə xilas edildi

Yaşadıqları binanın ikinci mərtəbəsindən yıxılan, 20 gün koma vəziyyətində olan 9 aylıq körpənin həyatı xilas edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu sosial şəbəkə hesabında yazıb. 

O bildirib ki, Kliniki Tibbi Mərkəzə gətirilərkən olduqca ağır və huşsuz vəziyyətdə olan körpədə beyin ocaqlarında ciddi dəyişiklik olduğu, ağır kəllə-beyin travması aldığı müəyyən edilib.

Mərkəzin Reanimasiya şöbəsinin müdiri Ülviyyə Qurbanovanın sözlərinə görə, körpə 20 gün süni tənəffüs aparatında qalıb və yalnız bu şəkildə müvafiq müəlicələrinin aparılması mümkün olub: "Körpə 20 sentyabr ağır kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Mədəciklərdə qan sızma, aşağı saturasiya, alın-təpə payında böyük hemoridik əzilmələr, tənəffüsdə pisləşmə olduğu üçün intubasiya edilərək, süni tənəffüs aparatına qoşulub. Daha sonra portativ süni tənəffüs aparatı ilə KT müayinəsi edildikdən sonra xəstənin cərrahi əməliyyata ehtiyacı olmadığı müəyyənləşib. Amma buna baxmayaraq, ağır kəllə beyin travması və əzilmələr müşahidə edildi. 20 gündən sonra tənəffüsdə sabitləşmə və huşunda yaxşılaşma qeydə alınmağa başladı. Bu səbəbdən xəstə süni tənəffüs apartından ayrıldı və ekstubasiya edildi. Artıq 10 gündür ki, xəstə spontan tənəffüs alır, analiz nəticələri müsbətdir. Hazırda nevropatoloq müayinəsi davam etdirilir”.

Artıq vəziyyəti müəyyən qədər yaxşılaşan körpənin nevroloji sahə üzrə də müalicəsinin tamamlanması məqsədi ilə ötən gün Uşaq Nevroloji Xəstəxanasına köçürülməsinə qərar verilib. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->