Xəbər lenti

Jurnalist Azər Rəşidoğlu palataya köçürülüb (YENİLƏNİB)
Ölkə 17:54 06.09.2024

Jurnalist Azər Rəşidoğlu palataya köçürülüb (YENİLƏNİB)

Jurnalist Azər Rəşidoğlu aqressiv fibromatoz diaqnozu ilə dünən xəstəxanaya yerləşdirilib, bu gün günorta saatlarında əməliyyat olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Rəsul Mirhəşimli bildirib:

"Həkimlər cərrahiyyə əməliyyatının çox uğurlu keçdiyini bildirib. Azər Rəşidoğlu artıq bu dəqiqələrdə palataya köçürülüb, özünü yaxşı hiss edir. Həkimlər onun vəziyyətinin yaxşı olduğunu nəzərə alıb, reanimasiyada saxlamağı məsləhət bilməyiblər".

16.16

Tanınmış jurnalist, Qaynarinfo.az saytının redaktoru Azər Rəşidoğlu əməliyyat olunub.

Qaynarinfo xəbər verir ki, jurnalist bu gün Milli Onkologiya Mərkəzində əməliyyat edilib.

Əməliyyat bir az əvvəl uğurla başa çatıb.

Azər Rəşidoğlu reanimasiya şöbəsinə yerləşdirilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->