“Zülfüqarın vəziyyəti normaldır, durumu düzəlir.
Komadan çıxıb. Həkimlər deyirlər, get-gedə düzələcək. Yaxşılığa doğru fikirlər bildirirlər”. Bunu Modern.az-a açıqlamasında tanınmış jurnalist Zülfüqar Rüfətoğlunun qardaşı Rəşad Əhmədzadə deyib.
“Zülfüqar Rüfətoğlu 6-cı gün əməliyyat olunub, komadan çıxıb, gəzir. Reabilitasiya dövründədir. Vəziyyəti yaxşılığa doğru gedir. Hələ bu əməliyyatı bir tərəfə qoyaq. Bu insan ağır bir xəstəlik keçirib. Təbii ki, bu xəstəlikdən sonra ona reabilitasiya lazımdır. Hal-hazırda reabilitasiya dövründədir. Burda pankranekroz idi. Pankranekrozdan sonra da onun drenaj olunmasıdır. Yəni, orada əməliyyat önəmli bir şey həll etmir. Sadəcə, o da müalicə vasitələrindən biri sayılır. Xəstə bizdə yatdığı müddət ərzində intensiv müalicə alırdı və o müalicənin gözəl effektini də əldə etdik. Yavaş-yavaş xəstənin vəziyyəti stabilləşir”.
Şərhlər