Ölkə 10:03 29.03.2018

Jurnalistə yeni vəzifə verildi

"APA Holdinq”-in əməkdaşı Elvin Bayramlı yeni vəzifəyə təyin olunub.

Qaynarinfo-nun məlumatına görə, bu barədə Foodinfo.az-a məlumat verən Elvin Bayramlı bildirib ki, bu gündən etibarən Azərbaycan Arıçılar Assosiasiyasının (AAA) mətbuat xidmətinin rəhbəri vəzifəsində çalıçacaq:
 
”Jurnalistlərdən kiminsə sualı yaxud bu sahə ilə bağlı hansısa qaranlıq qalan məsələ olarsa buyura bilərlər. Azərbaycan Arıçılar Assosiasiyası 3 ildir fəaliyyət göstərir. Çoxlu yeniliklər edib. Qarşıdakı ildə insanların təmiz balla təmin olunmasında, bal sərgilərinə saxta məhsulların çıxarılmasının qarşısının alınmasında ciddi işlər görəcək".

Elvin Bayramlı həmçinin Azərbaycan Arıçılar Assosiasiyasının idarə heyətinə də seçilib.