Xəbər lenti

Jurnalistin atasını avtomobillə vuraraq öldürən şəxs azadlığa çıxdı
Ölkə 13:23 25.12.2017

Jurnalistin atasını avtomobillə vuraraq öldürən şəxs azadlığa çıxdı

Bu gün Nərimanov Rayon Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisi Seymur Qarayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Qarayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

S.Qarayevin barəsində həbs qətimkan tədbiri seçilməyib, heç yerə getməməklə bağlı polis nəzarəti qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

Hökmə əsasən, zərərçəkmişin hüquqi varisi İmdad Əlizadənin mülki iddiası qismən təmin edilib. Belə ki, məhkəmə onun 166 min manatlıq mülki iddiasından yalnız 23 min manatını (20 min maddi ziyana, 3 min mənəvi ziyana) təmin edib.

İ.Əlizadə hökmdən narazı olduğunu deyərək, apellyasiya şikayəti verəcəyini bildirib.

Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı Heydər Yusif-zadə çıxış edib. O, S.Qarayevin 3 il müddətinə sürücülük hüququndan məhrum edilməsini və onun 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini, barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.

Dövlət ittihamçısı qeyd edib ki, zərərçəkmişin hüquqi varisi İmdad Əlizadənin mülki iddiası əsaslıdır və tam təmin olunmalıdır.

Prokuror həmçinin S.Qarayevin cəzasının ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini tələb edib.

Qeyd edək ki, 2016-cı ilin fevral ayının 14-də baş vermiş qəzadan sonra Əli Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə "Avrasiya Hospital"ında müalicə alıb. Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 504 gün komada qalan Ə.Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.

Mərhum Ə.Əliyevin müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko”) 4700, Mərkəzi Klinik Xəstəxanada 67881, "Avrasiya” Hospitalda 59050 (mərhumun ailəsinin bu xəstəxayana əlavə olaraq 11270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5900 manat xərclənib. Bunları təsdiqləyən rəsmi qəbzlər cinayət işinə əlavə edilib. Eyni zamanda dəfn və yas mərasimlərinə 14000 manat civarında pul sərf olunub. Bundan başqa, zərərçəkmişin ailəsi mənəvi zərərə görə təqsirləndirilən şəxsdən 15000 manat kompensasiya tələb edir.

S.Qarayevin barəsində həbs qətimkan tədbiri seçilməyib.

Ə.Əliyev tanınmış jurnalist İmdad Əlizadənin atasıdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->