Çeçenistan başçısı Ramzan Kadırov dünən özünün İnstaqram səhifəsində canlı yayımda Myanmada müsəlmanlara qarşı törədilən soyqırımını şərh edib. Xatırladaq ki, dünən Moskvada müsəlmanlar Myanma səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər.
"Qaynarinfo" virtualaz.org-a istinadən xəbər verir ki, Kadırov öz çıxışında Rusiya KİV-i fəaiyyətsizlikdə ittiham edib. “Avropada hardasa partlayış olanda bizim şərəfli KİV dərhal reaksiya verir. Amma üç günə bir neçə min adam öldürülür, hamı susur”, - kadırov bildirib.
O həmçinin qeyd edib ki, Myanmaya “ordu yeritmək” barədə tez-tez müraciətlər alır. Kadırov vurğulayıb ki, bu, onun səlahiyyətində deyil və təkbaşına belə qərar verəı bilməz. Lakin onu da əlavə edib ki, əgər Rusiya Myanmada “cinayətlər törədən” “şeytanlar”ı dəstəkləsə, Rusiyanın bu mövqeyinə qarşı çıxacaq.
“Əgər Rusiya bu cinayətləri törədən şeytanları dəstəkləsə belə, mən Rusiyanın bu mövqeyinə qarşıyam. Mənim öz düşüncəm və mövqeyim var. Əminəm kiŞ bu gün hüç kim qatilləri dəstəkləməyəcək, lakin dövlət siyasətinin bəzi incəlikləri var ki, buna da anlayışla yanaşmalıyıq”, - Kadırov bildirib.
Qaynarinfo.Az
Şərhlər