Kafe və restoranlarla bağlı bu məhdudiyyət ləğv edilməlidir (AÇIQLAMA)
"Fikrimcə, bu məhdudiyyəti ləğv etmək olar. Onsuz da kafe və restoranların fəaliyyətinə icazə verilib. Axşam 18:00-da və ya gecə 01:00-da 100 nəfərin əyləşməsi heç nəyi dəyişmir".
Qaynarinfo xəbər verir ki, bunu "ARB 24”ün "Nə baş verir?” verilişinə açıqlamasında həkim Aqil Axundov deyib.
O həmçinin əlavə edib ki, Operativ Qərargahın qoyduğu qaydalara riayət olunacaqsa, saatın o qədər də önəmi yoxdur. Bu məkanlara təsadüfi insanlar toplaşır.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər