DÇ-2014-ün seçmə mərhələsinin Rusiya ilə baş tutan (1:1) son matçından sonra dizində menisk yırtığı əmələ gələn Kamran Ağayev dünən “Acıbadem Fulya Xəstəxanası İdman Sağlamlıq Mərkəzi”ndə əməliyyat olunub.
Fanat.az xəbər verir ki, xəstəxananın İdman Sağlamlıq Mərkəzinin Ortopediya və Travmatologiya həkimi professor Ömer Taşer tərəfindən reallaşdırılan əməliyyat uğurlu keçib.
Türk həkim futbolçunun yırtıq menisklərini kəsərək götürüb. Qolkiperin 1 ay futboldan uzaq qalacağı bəlli olub.
Qaynar.info
Şərhlər