İdman 16:18 18.11.2018

Kamran Ağayev millidən kənarlaşdırıldı

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sonuncu oyununu noyabrın 20-də səfərdə Kosovo yığmasına qarşı keçirəcək Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. 

Qaynarinfo AFFA-nın saytına istinadən xəbər verir ki, Farer adaları yığması ilə qarşılaşmanın gedişində zədələnən "Keşlə"nin qapıçısı Kamran Ağayev komandadan kənarlaşırılıb.

Onun əvəzinə  millinin heyətinə "Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev dəvət olunub.