Şuşada səfərdə olan Baş prokuror Kamran Əliyevin və İstanbulun Baş prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyətinə Şuşanın tarixi yerlərini göstərdik.
Qaynarinfo xəbər verir ki, bunu Prezidentin Şuşada xüsusi nümayəndəsi Aydın Kərimov özünün "Twitter" hesabında bildirib.
"Qonaqlar erməni işğalı zamanı dağıdılmış, şəhər azad olunandan sonra isə qısa zamanda bərpa edilmiş Vaqifin məqbərəsi, Şuşa qalası, Bülbülün evi və Yuxarı Gövhərağa məscidi ilə tanış oldular. Eyni zamanda, mədəni-tarixi irsimizin vacib hissəsi olan digər abidələrin bərpa prosesi haqqında da qonaqlara məlumat verdim" - deyə, A.Kərimov qeyd edib.
Şərhlər