Ölkə 12:56 02.07.2020

Kamran Əliyevdən yeni təyinatlar (YENİLƏNİB)

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

APA-nın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Mobil Şəfiyev və Mürvət Həsənov Bakı şəhər prokurorunun müavinləri vəzifəsinə təyin ediliblər. 

Baş prokurorun imzaladığı digər əmrlərlə Şəbnəm İbrahimova və Famil Axundov Bakı şəhər prokurorunun köməkçiləri təyin olunub.

Bundan başqa, Sabirabad rayon prokuroru Pərvin Quliyev tutduğu vəzifədən azad edilərək Bakı şəhər prokurorluğunda Daxili işlər orqanlarına nəzarət şöbəsinin rəisi təyin edilib.

Kamran Əliyevin imzaladığı digər əmrlərlə Rövşən Əliyev Bakı şəhər prokurorluğunda Daxili Araşdırmalar İdarəsinin rəisi, Günay Eyyubova isə Baş Prokurorluğun Hüquqi Təminat İdarəsinin rəis müavini vəzifələrinə təyin ediliblər. 
 
12.11

Prokurorluq orqanlarında yeni təyinat olub.

"Report”un məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Rövşən Əliyev Bakı şəhər Prokurorluğunun Təşkilat və icraya nəzarət idarəsinin rəisi təyin edilib.