Xəbər lenti

Kanadada COVİD-19-un ikinci dalğası başladı: “Daha pis ola bilər...”
Dünya 11:34 24.09.2020

Kanadada COVİD-19-un ikinci dalğası başladı: “Daha pis ola bilər...”

Baş nazir Justin Trüdo xalqa müraciəti zamanı Kanadada koronavirusun ikinci dalğasının başladığını və birincisindən daha pis ola biləcəyini deyib.

Qaynarinfo CTV News-a istinadla xəbər verir ki, o, daha çətin vəziyyətin ölkənin dörd ən böyük əyalətində müşahidə olunduğunu bildirib.

"Dörd ən böyük əyalətimizdə ikinci dalğa hələ yenicə başlayıb, artıq sürətlə yayılmağa davam edir. Biz indi elə bir ərəfədəyik ki, bu da bahardakından daha pis ola bilər”, - Trüdo qeyd edib.

Baş nazir qoruyucu tədbirlərin vaxtında tətbiq edilməsi halında vəziyyətin nəzarət altına alına biləcəyini vurğulayıb.

Hakimiyyət orqanları karantini sərtləşdirməyi planlaşdırmasa da, "üst-üstə düşən" xəstəliklərin qarşısını almaq üçün maskalar taxmağa və sosial məsafəni qorumağa, qripə qarşı peyvənd etdirməyə çağırış ediblər.

Trüdo oktyabr ayında Kanadada qeyd olunan ənənəvi genişmiqyaslı Şükranlıq bayramını qeyd etməyin çətin olduğunu bildirib, lakin vəziyyətin Milada qədər düzəldiləcəyini istisna etməyib.

24 sentyabr tarixinə qədər Kanadada gündəlik yoluxma min artımla qeyd olunub, halbuki mart ayında bu rəqəm gündə 50 nəfər səviyyəsində olub. Ölkədə yoluxanların ümumi sayı 149 mini keçib, 9 mindən çox insan ölüb.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->