Ekonomiks 14:14 22.04.2021

“Kapital Bank" bu il də böyüməyə davam edib - RƏQƏMLƏR

"Kapital Bank” 2021 ci ilin 1-ci rübünə olan hesabatını açıqlayıb. Hesabata görə bankın xalis kreditlərində artım olduğuna görə, aktivlər maddəsi 26,6% artıb.

Valyuta.Az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, kredit portfelində istehlak kreditləri  25 milyon 656 min manat artıb. Buna baxmayaraq bank biznesmen müştərilərinin bir qismini itirib. "Kapital Bank”ın biznes kreditləri 1 il ərzində 42 milyon 277 min manat azalaraq  593 milyon 704 min manata düşüb. 

Nəticədə bankın cəmi aktivləri 5 milyard 587 milyon 997 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 175 milyon 339 min manat çoxdur.

Bankın əmanət portfelinin həcmi 757 milyon 475 min manat və ya 22,8% artaraq 4 milyard 65 milyon 753 min manata yüksəlib. Artımda 692 milyon 225 min manat pay isə hüquqi şəxslərin depozitdəki payıdır. Beləliklə bankın cəmi öhdəlikləri 997 milyon 80 min manat artaraq 4 milyard 909 milyon 490 min manata yüksəlib.

Bankın cəmi kapitalı 2020-ci ilin ilk rübü ilə müqayisədə 178 milyon 253 min manat artaraq  678 milyon 501 min manata çatıb.

"Kapital Bank”  faiz gəliri 5 milyon 266 min manat artaraq 111 milyon 764 min manata, faiz xərcləri isə 2 milyon 593 min manat artaraq  15 milyon 239 min manata çatıb. Nəticədə bankın xalis faiz gəlirir 96 milyon 525 min manat olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2 milyon 673 min manat çoxdur. Bankın qeyri-faiz gəliri 10 milyon 331 min manat artaraq 58 milyon 762 min manat, qeyri-faiz xərcləri isə 5 milyon 697 min manat artaraq 64 milyon 649 min manata yüksəlib. Bununla da bankın əməliyyat mənfəəti 90 milyon 638 min manat təşkil edib ki, bu da 2020-ci iilin ilk rübü ilə müqayisədə 7 milyon 307 min manat və ya 8,7% çoxdur.

"Kapital Bank” 13 milyon 908 min manat mənfəət vergisi ödəndikdən sonra xalis mənfəəti 55 milyon 535 min manat olub.

Bankın məcmu kapitalı 705 milyon 227 min manata bərabərdir.