Xəbər lenti

Ekonomiks 13:05 22.04.2026

"TapAgro" ilə bağlı Baş Prokurorluğa müraciət edildi

Kənd Təsərrüfatı Nazirliyinin aqronom və baytar fəaliyyəti ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuş "TapAgro" platforması ilə bağlı Baş Prokurorluğu müraciət edilib. 

Qaynarinfo-nun məlumatına görə, bu barədə Hesablama Palatasının 2025-ci il üzrə İş planına uyğun olaraq 01.01.2022-ci il tarixindən 01.04.2025-ci il tarixinədək olan dövr əhatə olunmaqla bitkiçilik sahəsində dövlət dəstəyinin (subsidiya və güzəştlərin timsalında) səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin audit hesabatında bildirilir. 

Qeyd olunub ki, Kənd Təsərüfatı Nazirliyi tərəfindən "TapAgro” satış portalı üzərindən əkin subsidiyasının təyinatı üzrə xərclənməsinə nəzarət olunduğu iddia olunsa da, toplanmış audit sübutları ilə həmin portal üzərindən faktiki olaraq fermerlərin mal alışlarına deyil, yalnız pul vəsaitlərinin fermer kartlarından təchizatçılara köçürülməsinə nəzarət olunduğu müəyyən edilib. 

Eyni zamanda, dəyəri 2442,3 min manata bərabər olan istehsal vasitələrinin (toxum və mineral gübrələrin) fermerlərə təqdim edilməsinin qanunvericiliyə uyğun təsdiqlənməməsinə baxmayaraq 39 hüquqi şəxs (fermer) üzrə elektron qaimə-fakturalarla rəsmiləşdirilmədən ümumilikdə 18835,1 min manat məbləğində əkin subsidiyasından da istifadə olunduğu aşkar olunub. Bu məsələ ilə bağlı bir sıra materiallar Baş Prokurorluğa 
təqdim edilib.

Qeyd edək ki, "TapAgro" aqrar sahədə fəaliyyət göstərən emal müəssisələrinin xammala olan tələbatını qarşılayan, kənd təsərrüfatı məhsullarına dair məlumatları əks etdirən və elektron ticarət imkanlarına malik olan platformadır. Platforma vasitəsilə müxtəlif növ toxum, ting, gübrə və pestisidlərin, eləcədə texnika, avadanlıq, aqrotexniki xidmət və damazlıq heyvanların elektron ticarəti həyata keçirir. 

Aydın
--> -->