Sənət 17:06 10.04.2020

Karantin günlərində yeni sayt fəaliyyətə başladı

"Mücrü” Nəşriyyatının yeni layihəsi olan www.mucru.art sənət saytı fəaliyyətə başlayıb. 

Bu barədə Qaynarinfo-ya "Mücrü” Nəşriyyatının direktor müavini, yeni fəaliyyətə başlayan saytın baş redaktoru yazıçı Cəlil Cavanşir məlumat verib:
"Bildiyiniz kimi, həm dünya, həm də ölkəmiz çətin günlərdən keçir. Bütün baş verənlərə baxmayaraq, biz öz üzərimizə düşəni etməli, nikbinliyimizi qorumalıyıq. Pandemiyanın tüğyan etdiyi günlərdə insanlar dərk etdi ki, sənət, ədəbiyyat xilaskar gücə malikdir. 

"Mücrü” Nəşriyyatı da, karantin günlərində müxtəlif layihələrlə oxucuları və yazarları sevindirir. Yeni sənət saytın yaranması ilə bağlı ideya nəşriyyatımızın direktoru Müşfi Xana məxsusdur. 

Məqsədimiz həm karantin müddətində, həm də karantindən sonra ədəbiyyatımıza, incəsənətimizə xidmət etməkdir. Bütün yazarları və sənət adamlarını əməkdaşlığa dəvət edirik. Oxucuların ümidlərini doğrultmaq əsas məqsədimizdir. İnanırıq ki, mucru.art sənətkarların məkanı olmağı bacaracaq.”