Xəbər lenti

Karantin ləğv olunduqdan sonra həbs olunanlar azad ediləcəkmi? (AÇIQLAMA)
Ölkə 15:36 17.04.2020

Karantin ləğv olunduqdan sonra həbs olunanlar azad ediləcəkmi? (AÇIQLAMA)

"Xüsusi karant qaydaları ləvg olunduqdan sonra karantlə bağlı həbs olunanlar azad oluna bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında Prezident yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev sosial şəbəkədə karantin rejimini pozduqlarına görə həbs və 100-200 manat məbləğində cərimə olunanların əfv olunması ilə bağlı gəzən söhbətlərə aydınlıq gətirərkən deyib.
 
Əliməmməd Nuriyev bunu karantin qaydalarına xitam verilməsi ilə əlaqələndirib. 

Əliməmməd Nuriyev qeyd edib ki, karantin rejimini pozanlar İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, 100 və 200 manat məbləğində cərimə olunanların da məsələsinə baxıla bilər: 

"Bu, nəzəri baxımdan mümkündür, praktik baxımdan yox. Çox vaxt cərimələr yerində tətbiq olunur. Deyə bilmərəm ki, ola bilməz, mümkündür. İnzibati Xətalar Məcəlləsinə görə, məhkəmənin qərarı qüvvəyə minəndən sonra icra olunur. Cərimələrin yəqin ki, yarısı ödəlinib. Ödənilibsə, onda nə baş verəcək? Amma bunun geriyə qayıtması, bütövlükdə hər kəsə tətbiq olunan cərimələrinin ləvg edilməsi real görünmür".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->