Xəbər lenti

Çin ABŞ-la sualtı müharibəyə hazırlaşır - Üç okeanda xəritələr çəkilir
Dünya 16:06 24.03.2026

Çin ABŞ-la sualtı müharibəyə hazırlaşır - Üç okeanda xəritələr çəkilir

Onlarla Çin tədqiqat gəmisi Sakit, Hind və Şimal Buzlu okeanlarının strateji əhəmiyyətli bölgələrində dəniz dibinin xəritələşdirilməsi ilə məşğuldur. Bu fəaliyyət ABŞ ilə mümkün qarşıdurmaya hazırlıq çərçivəsində həyata keçirilir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Hərbi-dəniz ekspertlərinin bildirdiyinə görə, toplanan məlumatlar əsasında Çin sualtı mühitin tam mənzərəsini əldə edə bilər. Bu isə ABŞ ilə mümkün müharibə şəraitində rəqibi izləməyə və sualtı döyüş əməliyyatları aparmağa imkan verə bilər. Xüsusilə Filippin, Quam, Havay adaları və Ueyk atolundakı ABŞ hərbi bazası ətrafındakı sulara diqqət yetirilir.

Bununla yanaşı, Çin "Şəffaf okean” adlı layihə çərçivəsində sensor şəbəkəsi də qurur. "Reuters"in məlumatına görə, temperatur, duzluluq və okean axınlarını ölçən monitorinq sistemləri artıq Cənubi Çin dənizində yaradılıb və Sakit və Hind okeanlarına doğru genişləndirilir.

ABŞ Hərbi Dəniz Kəşfiyyat İdarəsinin komandanı, kontr-admiral Mayk Bruks Konqresdə bildirib ki, Çin gəmiləri tərəfindən məlumatların toplanması "strateji problem” yaradır. Reuters qeyd edir ki, ABŞ uzun illər okean mühitini daha yaxşı bilmə üstünlüyünə malik olsa da, Çinin bu sahədə atdığı addımlar həmin üstünlüyü zəiflədə bilər.

Aydın

--> -->